Bakı-Ağstafa sürət qatarı gecikdi – FOTO

Bakı-Ağstafa sürət qatarı gecikdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı-Ağstafa sürət qatarı gecikib.
Tribunainfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Məlumata görə, Bakıda müşahidə olunan güclü külək qatarların hərəkətində müəyyən problem yaradıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub.
Bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınıb.