“Bəli, Azərbaycan o məsələdə haqlıdır ki, sabah indiki hakimiyyət yox, başqaları hakimiyyətdə olarsa, sülh sazişinin aqibəti necə olacaq barəsində düşünsün və addım atsın. Ona görə də, bu gün imzalanacaq istənilən sənədə hüququi əsas axtarır”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər politoloq Sergey Melkonyana məxsusdur.
O deyib ki, Azərbaycan yaxın gələcəkdə Ermənistandan bir sıra məsələləri də tələb edəcək. Onun sözlərinə görə, bu əsasən Qarabağdan qaçmış separatçılarla bağlı olacaq. “Məsələn, Bakı Dağlıq Qarabağla bağlı qanunları və sənədləri ləğv edilməsini, ya da Qarabağın Daimi Nümayəndəsinin binasını bağlamasını tələb edə bilər. Hətta Samvel Şahmaryanın həbs edilərək, Azərbaycana verilməsi də istənilə bilər”.
Melkonyan onu da deyib ki, güc balansı getdikcə daha çox Azərbaycanın xeyrinə dəyişməyə davam edir. “Ermənistan təəssüf ki, təkbaşına öz təhlükəsizliyini belə təmin edə bilməz”.