Son günlər “Green Card”la bağlı müxtəlif məlumatlar yayılıb. Belə ki, bu il sonuncusu keçirildiyi söylənən layihənin qeydiyyat mərhələsində problemlər yaranıb.
Son günlər “Green Card”la bağlı müxtəlif məlumatlar yayılıb. Belə ki, bu il sonuncusu keçirildiyi söylənən layihənin qeydiyyat mərhələsində problemlər yaranıb.
“Qaynarinfo” məsələni dəqiqləşdirmək üçün şirkətin Azərbaycandakı baş ofisi ilə əlaqə saxlayıb.
“Green Card Azerbaijan”dan verilən məlumata görə həqiqətən də texniki problemlər baş verib: “Qeydiyyat 2 oktyabrdan başlayıb. Və 9 oktyabr tarixindən etibarən sayt çöküb. 9 oktyabrdan 15 oktyabra qədər müraciət göndərmək ümumiyyətlə mümkün olmayıb. Müraciət etmək istədikdə isə “saytda texniki problem var” yazısı ilə qarşılaşa bilərsiniz. Məsələdən 5-6 gün keçməsinə baxmayaraq heç bir rəsmi məlumat verilməyib. Onu qeyd edim ki, qeydiyyatnıı bizim şirkət üzərindən etmiş şəxslərin təkrar qeydiyyat keçməsinə ehtiyac yoxdur. Bizim bazada məlumatlar qorunur və sayt işə düşəndə yenidən məlumatlar yerləşdiriləcək. Sayt üzərindən qeydiyyat isə 18 oktyabr saat Amerika vaxtı ilə 23:00-da start götürəcək. 22 noyabra qədər davam edəcək”.