“Green Car” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd: Şirkətin qanuni təmsilçisi Elşad Nəriman oğlu Bayramov, baş icraçı direktoru isə Rüstəm İbrahimovdur. 2014-cü ildə təsis edilmiş “Green Car” MMC elektrikli nəqliyyat vasitələri və dayanıqlı nəqliyyat həllərinin təşviqi və tətbiqi sahəsində ixtisaslaşıb.