Kənd təsərrüfatı və tikinti texnikalarının Azərbaycana idxalını və satışını həyata keçirən aparıcı şirkətlərdən olan “Grand Motors Company” ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Grand Motors Company” şirkəti İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydalarə əleyhinə olan 578.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, şəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
“Grand Motors Company” ilə bağlı işə Yasamal rayon Məhkəməsində baxılır. Şirkətlə bağlı işə 22 yanvar tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Roman