“Grand-Mart”la bağlı gələn ay qərar veriləcək – Məhkəmə

“Grand-Mart”la bağlı gələn ay qərar veriləcək – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avrora” şirkətlər qrupuna bağlı olan “Grand-Mart” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, “Grand-Mart” İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan 518.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Grand-Mart”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 4 dekabr tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Grand-Mart” MMC “Avrora” şirkətlər qrupuna bağlıdır. Şirkətə həmçinin “Bolmart”, “Bizim market” şəbəkələri də daxildir. Şirkətin qanuni təmsilçisi Ceyhun Yusubovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman