GÖZLƏRİMİZİ ZƏİFLƏMƏKDƏN NECƏ QORUYAQ?backend

GÖZLƏRİMİZİ ZƏİFLƏMƏKDƏN NECƏ QORUYAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir həyatımıza daxil olan kompüterlər, planşetlər, smartfonlar kifayət qədər ciddi şəkildə gözlərimizi böyük təhlükə qarşısında qoyur. Bu təhlükədən yan keçmək üçün gözlərimizin qayğısına qalmaq məcburiyyətindəyik.

Tribunainfo.az xəbər verir ki, ilk növbədə qida rasionuna gözlər üçün faydalı olan ərzaq məhsulları daxil edilməlidir. Kök, qaragilə, balıq və balıq yağı, qoz, ispanaq, kəsmik, kahı kimi qidalar görmə qabiliyyətini yaxşılaşdıran, gözləri qoruyan, görmə zəifliyinin qarşısını alan ərzaq məhsullarıdır:

Bu siyahıya yaşıl rəngli meyvələri, soğan və sarmısağı, yumurtanı da əlavə etmək olar.

Qida rasionunda dəyişiklik etməklə yanaşı gözləri qorumaq üçün adi şərtlərə əməl etməklə görmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq olar. Kompüterin monitoru ilə gözlər arasında olan məsafəni 50-60 sm olması gözləri qoruyur. Monitorun gözün səviyyəsindən 8-10 sm aşağı olması da vacibdir.
Həmçinin həkimlər məsləhət görür ki, planşetdən və smartfondan uzanılı vəziyyətdə istifadə etmək kimi zərərli vərdişdən imtina etmək, kompüterdən istifadə zamanı isə beli əymədən dik oturmaq lazımdır.
Qaranlıq otaqda kompüterdən, planşetdən və smartfondan istifadə etməyin. Bu gözlər üçün daha da ziyanlıdır. İşlədiyiniz otağın işıqlı olması vacibdir.
Kompüterdən və ya planşetdən istifadə edərkən hər saatdan bir 5-10 dəqiqə fasiləyə verilməlidir. . Bir neçə gün buna əməl etmək gözlərin dincəlməsinə səbəb olur.

Mütəxəssislər bildirir ki, bunlara uşaq yaşlarda əməl etmək və vərdiş halına gətirmək gözü zamanla zəifləməkdən. Yorğunluq və digər problemlərdən qoruyar. Həkimlərin məlumatına görə, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu və uşaqlarda isə boy hormonunun ifrazına mane olur.