Bu həftə hakim Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərini açıqlayacaq. Bu barədə Tribunainfo.az məlumat əldə edib. Xəbərə əsasən, bu gün də siyahının yayılması istisna deyil. Bildirilir ki, əksər siyasi partiyalar məhz iqtidar partiyasına görə namizəd olacağı dairələri açıqlamırlar. YAP siyahını açıqladıqdan sonra kimin hansı dairədə şansının olması müəyyən edilə bilər. Eyni zamanda, hakim partiyanın dəstəklədiyi müstəqil namizədlər də olacaq.
Roman
Tribunainfo.az