GÖZLƏR LAVROV-BAYRAMOV GÖRÜŞÜNDƏ: NAZİRLƏR NƏ DANIŞACAQ?

GÖZLƏR LAVROV-BAYRAMOV GÖRÜŞÜNDƏ: NAZİRLƏR NƏ DANIŞACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lavrov-Bayramov görüşü önəmli bir ərəfədə baş tutur. Nazirlər həm ikitərəfli əlaqələri, həm sülh müqaviləsini, həm delimitasiya və nəqliyyat kommunikasiyalarını müzakirə edə bilərlər. Çünki 10 noyabr sənədinin digər müddəaları ilə bağlı problem qalmayıb. İnanmıram ki, ermənilərin geri qaytarılması ilə bağlı Lavrov israrlı bir mövqe tutsun”. Bunu siyasi ekspert Fuad Əliyev Tribunainfo.az-a deyib.

Onun fikrincə, Qarabağ münaqişəsi başa çatıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu məsələdə Rusiyanın əlavələri qalmayıb: “Ona görə regionda nəqliyyat xətlərinin işə düşməsindən, sülh mətni ilə bağlı məsələlərdən söz açmaq olar. Bayramov Lavrovla görüşdə delimitasiya üzrə xəritələri, Zəngəzur koridorunu da müzakirə edə bilər”.
Qeyd edək ki, Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək. Görüş dekabrın 5-də səhər saatlarında keçiriləcək.
Bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət idarələrinin rəhbərləri ilk olaraq məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə görüşəcəklər.
Artıq Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya paytaxtındadır.