“Bir çox qanunları biz daha da genişləndirərək cəmiyyətə təqdim edirik. Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir”.
“Bir çox qanunları biz daha da genişləndirərək cəmiyyətə təqdim edirik. Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, niyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazım olan orqanları gətirmək olmaz.
“Əgər gətirmək olarsa, biz elə etməliyik ki, hər istiqamət işləsin. Bunu insanlar gözləyir. Biz gözlə ürək arasında fərq qoymamalıyıq. Azərbaycanda gözün buynuz qişasını 3000 insan gözləyir. Amma bəlkə digər orqanları gözləyənlər ondan da çoxdur”.
Komitə sədri bildirib ki, ölkədə dövlətçilik naminə islahatlar aparılır. Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlamant də onlara baxaraq, dəyərləndirir.
“Valyuta tənzimi haqqında” qanunla da bağlı fikirlərini qeyd edən F.Muradov təəssüflə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihələrindən görünür ki, həmin sənədlər bu qurumun öz səlahiyyətlərini qaldırmaq istiqamətindədir.
“Burda heç kəsin şübhəsi yoxdur ki, biz cənab prezidentə və dövlətə bağlı və sədaqətli insanlarıq. Biz bütün həyata keçirilən islahatları dəstəkləyirik”.