Türkiyənin gözəl aktrislarından sayılan Bensu Soral özünü gözəl hesab etmədiyini bildirib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa üzündə heç bir estetik əməliyyatın olmadığını bildirib. Qeyd edib ki, doğuşdan ağzında iki diş əskikdir:
“Heç bir estetik əməliyyatım yoxdu. Ağzımda isə iki diş doğuşdan əskikdir. Buna görə iki il diş teli (brekert) taxmışam. Özümü gözəl hesab etmirəm. Çirkin də deyiləm. Ancaq adi, sıradan bir qızam. Türkiyədə məndən qat-qat gözəl qızlar var”.
Aktrisa gözəlliyi ilə deyil aktrisalığı ilə gündəmdə olmaq istədiyini bildirib.