Göygöldə içində bir ailənin 4 üzvü olan maşın çaya aşdı

Göygöldə içində bir ailənin 4 üzvü olan maşın çaya aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunun Çaylı-Pənahlılar yolunda “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb, 4 nəfər xəsarət alıb.

Tribunainfo.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində bir ailənin 4 üzvü – 1995-ci il təvəllüdlü V.İsmayılov, 2003-cü il təvəllüdlü A.İsmayılova və övladı, 1 yaşlı Ş.İsmaylov, habelə sürücünün anası A.İsmayılova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.