Göygöl İH “bir sıra işləri” 380 minə görəcək

Göygöl İH “bir sıra işləri” 380 minə görəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl İcra Hakimiyyəti yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin müabiqəyə əsasən Göygöl şəhər İcra Nümayəndəliyi “bir sıra işlərin” görülməsini həyata keçirəcək.
Rəsmi mənbələrdə qeyd edilir ki, 379.488 manat dəyərində olan layihənin icrası “ATLANTİS CONSTRUCTİON GROUP” MMC-yə həvalə olunub.
Göygül İcra Hakimiyyəti isə nə rəsmi saytında, nə də satınalma portalında “bir sıra işlər”in nədən ibarət olacağı barədə hər hansı açıqlama verməyib.
Xatırladaq ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevdir. O, 25 iyul 2022-ci ildən rayonu idarə edir.
“Atlantis Construction Group” MMC-yə gəldikdə isə bu şirkət tenderlərdə çox fəaldır. Onlar əsasən Gəncəbasar bölgəsində fəaliyyət göstərən MMC kimi diqqəti çəkir. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Yusifli Fərid Cavanşir oğludur.
Fərid Yusifli haqqında açıq mənbələrdə məlumat olmasa da, güman edilir ki, o, maliyyə nazirnin müavini Cavanşir Yusifovun oğlu, GDU-nun rektoru Yusif Yusifovun qardaşı oğludur.
Qarşı tərəfi də dinləməyə hazırıq.