Hündürlüyü 200 metr olan Karakasdakı göydələnin (“Davud qəsri”) son 5 mərtəbəsi 7,0 maqnituda gücündə baş verən zəlzələdən sonra 25% yana əyilib.
Oxu.Az xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.
Yerli bələdiyyənin nümayəndəsi Ernana Mateo isə binanın hər an tamamilə dağılma ehtimalından söz açıb:
“Davud qəsri” köhnə tikilidir və yuxarı mərtəbələri çat verib. İstənilən hərəkət onu yerlə-yeksan edə bilər”.
Venesuelada baş verən zəlzələ bütün ölkədə hiss olunub. Evlərin divarları çat verib, bəziləri isə dağılıb.
https://twitter.com/twitter/statuses/1032066520946368512