Ermənistanda Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesinin davam edib, etməyəcəyi mövzusunda müzakirələr davam edir. Rəsmi İrəvan bununla əlaqədar konkret vaxt və istiqamət açıqlamır. Tribunainfo.az xəbər verir ki, yerli ekspertlər isə nəinki dəqiqi vaxt, həm də konkret istiqamətlərdən bəhs edirlər.
Türkoloq Varuzan Geqamyan iddia edir ki, iyulda Azərbaycanla Ermənistan arasında növbəti proses start götürəcək. O bildirib ki, hələlik proses Tavuş və Ararat bölgəsində davam edəcək. “Bu ərazilərdə bir neçə ərazinin Azərbaycana veriləcəyi şübhə doğurmur”.
Amma erməni siyasi şərhçi bunun ardından Göycə gölü, Basarkeçər və Vayots Dzor bölgəsində sərhədlərin demarkasiyası prosesinə başlanacağını da iddia edib. O deyib ki, bu bölgələrdə də bir neçə ərazi demarkasiya nəticəsində Azərbaycana qaytarılacaq.