Göyçayın kəndini sel aparıb, icra başçısı maraqlanmır – VİDEObackend

Göyçayın kəndini sel aparıb, icra başçısı maraqlanmır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunun Cəyirli kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Onlar durumlarının ağır olduğunu, sel sularının artıq həyatları üçün təhlükə yaradığını bildiriblər.
Bir qrup kənd sakininin Tribunainfo.az-a göndərdiyi müraciətdə deyilir ki, Cəyirli kəndi Göyçay çayının sahilində yerləşir. “Kənd əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb. Bir neçə gündür yağan intensiv yağışlara görə Göyçay çayında su çoxalaraq, məcrasından çıxıb. Artıq ətrafda olan sakinlərə məxsus meyvə bağlarını sıradan çıxarıb. Sel artıqca su evlərə doğru hərəkət etməyə başlayıb”.


Onlar bildirirlər ki, təcili tədbirlər görülməsə əhali ağır faciələrlə üz-üzə qalacaq. “Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə və Suvarma Sistemləri idarəsinə dəfələrlə müraciət etsək də, heç bir tədbir görməyiblər. Zərurət var ki, çayın Cəyirli ərazisindən keçən hissəsi betonla bəndlənsin”.
Onlar deyiblər ki, kənd sakinlərinin əsas məşğuliyyətləri bağçılıqdır. Üç gün intensiv yağan leysan yağışlar nəticəsində çayın məcrası genişlənərək hekratlarla bağ sahələrini yuyub aparıb. Ən böyük təhlükə isə Göyçay çayının məcrası genişəlnərək kəndin suvarma arxına yaxınlaşmasıdır. Əgər qarşısı təcili alınmasa, sel suvarma arxını uçuracaq. Nəticədə, 700-800 təsərrüfat susuz qalacaq ki, bu da lap ağır faciələrə səbəb olacaq”.
Qeyd edək ki, redaksiyamıza müraciət edən Göyçay sakinləri Abışov Natiq Məzahir oğlu, Feyzullayev Rahim Zülfü oğlu, Məmmədov Zabit Hüseyn oğlu, Nəsirov Elnur Xeyrəddin oğlu, Abışov Şahsən Agasən oğlu və Beydullayev Qamət Qiyas oğludur.