GÖYÇAYDA XİDMƏTİ AVTOMOBİLİN NÖMRƏSİ ŞƏXSİ AVTOMOBİLƏ VURULUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xidməti avtomobilin nömrəsini şəxsi avtomobilə vuran məmurlara niyə göz yumulur? Xidməti avtomobilin nömrəsini şəxsi avtomobilə vuran məmurlara niyə göz yumulur?

Vəzifəli şəxslərin xidməti avtomobillərinin qeydiyyat nömrə nişanını özlərinin şəxsi bahalı avtomobillərinə vurmaları dəb halına düşüb. Məmurların bu qanunsuzluqlarına isə  Dövlət Yol Polisi İdarəsinin əməkdaşları göz yumurlar.

“Facebook” istifadəçilərinin paylaşdığı bu şəkildə olan “Mersedes” markalı avtomobilə xidməti avtomobil olan “Vaz 2105” -in dövlət qeydiyyat nömrəsinin vurulması iddia edilir.
Göyçay rayon sakini Kərimov Fikrət Şaməddin oğlunun verdiyi məlumata görə, şəkildə göstərilən  avtomobilin üzərində olan 23 AA 050 dövlət qeydiyyat nişanlı nömrə Göyçay şəhər bələdiyyəsinə məxsusdur.

“Mersedes ML” markalı avtomobil isə Göyçay RİH başçısı Mehdi Səlimzadənin qardaşı oğluna məxsusdur. Göyçay Şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov bələdiyyənin “VAZ 2105″ markalı avtomobilin dövlət qeydiyyat nişanlı nömrəsini başqa şəxsə verməklə ciddi qanunsuzluq edir”. 

TİA.AZ