Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.
ARB TV xəbər verir ki, hadisə bu gün rayonun Yekəxana kəndində qeydə alınıb.
Rayon sakini Səhrab Ağamalıyevin heyvanlarına hücum edən yırtıcılar 4 baş xırdabuynuzlunu yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.