Göyçay rayon Mərkəzi Xəstəxanası cərimələndi

Göyçay rayon Mərkəzi Xəstəxanası cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay Rayon Mərkəzi Xəstəxanası barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 538.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İşə Şəki Apellyasiya Məhkəməsində iyun ayının 20-də baxılacaq. İş halim Xaqani Səmədovun icraatındadır.

Nigar