GÖY ÜZÜNDƏ SİRLİ SƏS KƏŞF EDİLDİbackend

GÖY ÜZÜNDƏ SİRLİ SƏS KƏŞF EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm adamları stratosferə balon göndərərək qeydə aldıqları sirli ultrasəs siqnalları kəşf ediblər.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, alimlər günəş enerjisi ilə işləyən şarlara bərkidilmiş mikrofonlar vasitəsilə yerdən təxminən 21 kilometr hündürlükdə səmada səsləri qeydə alıblar.

Havadakı qeydlərə ildırım, külək turbinləri və okean dalğalarının gurultusu, eləcə də mənbəyi aydın şəkildə müəyyən edilə bilməyən sirli aşağı tezlikli “infrasəs” vibrasiyaları daxildir.

“Stratosfer” kimi tanınan bu sakit atmosfer təbəqəsini dinləməklə tədqiqatçılar Yer səthinin dərinliklərində baş verən insan fəaliyyətinin və təbii proseslərin səsini eşidə bilərlər. Bu yanaşma yer səthindən sənaye və ya vulkan püskürmələri də daxil olmaqla yerüstü hadisələrin əlamətlərini aşkar edə bilər.