Məşhur aktyorların var-dövləti və bir epizod üçün nə qədər qazandıqları ilə bağlı çoxlu maraq var. Dəbdəbəli həyatları ilə diqqət çəkən Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Hande Erçel, Can Yaman və Meryem Uzerlinin var-dövləti üzə çıxıb. Tribunainfo.az Türkiyənin ən varlı aktyorlarını təqdim edir.
Dünyaca məşhur ulduzların sərvətlərini açıqlayan Celebsrevealed.com-un məlumatına görə, Türkiyənin ən zəngin 5 aktyoru açıqlanıb. Sayt bu dəfə türk aktyorların dodaq uçuran sərvətlərini bir-bir açıqlayıb. Siyahıda Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Hande Erçel, Can Yaman və Meryem Uzerli yer alıb.
SERENAY SARIKAYA
Lale Devri, Medcezir, Fi və son olaraq Aile kimi fenomenal seriallarda rol alan Serenay Sarıkaya siyahıda beşinci yerdə qərarlaşıb. 31 yaşlı Sarıkayanın sərvəti düz 186 milyon TL-dir.
HANDE ERÇEL
Siyahının dördüncü pilləsində son zamanlar Hakan Sabancı ilə yaşadığı eşq macərası və tənqid olunan aktyorluğu ilə məşhurlaşan Hande Erçel qərarlaşıb. Hande Erçelin aktivlərinin 249 milyon TL olduğu açıqlanıb.
CAN YAMAN
Üçüncü yerdə isə tədbirin iştirakçısı Can Yaman olub. Son zamanlar jurnalistlərlə müzakirələri ilə diqqət çəkən və hazırda aktyorluq karyerasını İtaliyada davam etdirən Yamanın sərvətinin 10 milyon dollar, yəni 311 milyon TL olduğu açıqlanıb.
MERYEM UZERLI
İkinci yerdə bir dövrə damğasını vuran “Muhteşem Yüzyıl” serialı ilə parlayan gözəl aktrisa Meryem Üzərlidir. Üzərlinin sərvəti 10 milyon dollar, yəni 311 milyon TL-dir.
KIVANÇ TATLITUĞ
Sonuncu dəfə “Aile” serialında çəkilən yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ serial və filmlərlə yanaşı, bir çox reklamlarda da rol alır.
Tatlıtuğun sərvəti 15 milyon dollar, yəni 466 milyon TL-dir.