backend

“Görün, biz nə günə qalmışıq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Valideyn ən son anda mənim yanıma gəlib deyir ki, məni uşağımdan azad elə”. 

“Valideyn ən son anda mənim yanıma gəlib deyir ki, məni uşağımdan azad elə”.

TİA.AZ xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə keçirilən dinləmədə bildirib.

Onun sözlərinə görə, ailədaxili münaqişələrdə baş verən bəzi hallarla rastlaşanda təəccüblənir: “ Düzdür, Azərbaycan da qloballaşan dövrdə yaşayır. Bizə mənfi və müsbət təsirlər də var. Uşaqlar bütün günü hansı proqramlara baxırlar, nə ilə məşğuldurlarsa valideynin bunlardan xəbəri yoxdur. Bizdə həmişə ailədə ağsaqqalın, uşağın sözü keçirdi. Mənim yanıma artıq iş işdən keçəndə gəlirlər. Valideyn deyir ki, məni uşağımdan azad elə. Görün, biz nə günə qalmışıq… Qanunvericilikdə olan boşluqları doldurmalıyıq. Valideynlərin məsuliyyəti artırılmalıdır. 14 yaşında olan qızı valideyn ərə verməyi fikirləşir. Mütləq onun qurduğu ailədə münaqişə üzə çıxır. Ailə psixoloqu institutu formalaşmalıdır”.

H. Hüseynova qeyd edib ki, komitədə boşanmların səbəbi araşdırılıb: “Məlum olub ki, bu heç də sosial problemlərlə bağlı deyil. Ən kasıb ailədə bir-birinə hörmət var. Ancaq çox ailələrdə kişilərin məsuliyyəti azdır. Evlənirlər, deyirlər ki, xoşagəlməz hal oldu, sonra boşanırıq. Belə olmaz”.