Görkəmli aktrisa, Xalq artisti Firəngiz Şərifovanın məzarı ziyarət olunubbackend

Görkəmli aktrisa, Xalq artisti Firəngiz Şərifovanın məzarı ziyarət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Azərbaycan Dövlət Gən Tamaşaçılar Teatrının kollektivi Xalq artisti, Firəngiz Şərifovanın 100 illiyi münasibəti ilə aktrisanın məzarını ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımov, teatrın aktrisası Əməkdar artist Şəfəq Əliyeva, eləcə də Firəngiz Şərifovanın ailə üzvləri Xalq artistinin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun keçdiyi sənət yoluna nəzər salıblar.

Firəngiz Şərifova 2014-cü il, fevralın 20-də 90 yaşında vəfat edib.

O, 1960-cı ildən ömrünün sonundək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə bir-birindən maraqlı, yaddaqalan rollar ifa etməklə tamaşaçıların dərin məhəbbətini qazanıb.

Teatr sənəti sahəsindəki xidmətlərinə görə aktrisa 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 25 dekabr 1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub.