Qara itinin naməlum xəstəlik səbəbiylə rəngini dəyişməsi ilə təəccüblənən sahibi dördayaqlı dostunun inanılmaz dəyişikliyini sosial şəbəkədə paylaşıb. Qısa müddətdə paylaşıma şərhlər yağdı və hadisə dünya mətbuatının gündəminə gətirildi.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, qara köpək nadir bir xəstəlikdən tamamilə ağararaq sahibini çaşdırıb. ABŞ- da baş verən hadisəyə görə , dörd yaşlı sevimli it Busterin həm insanlara, həm də heyvanlara təsir edə bilən vitiliqo səbəbiylə kürkünün rəngi dəyişib.