Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlandı

Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-i saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, şəxsə sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib:
“Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”