Goranboyda dəhşətli qəza – İki hərbçimiz vəfat etdibackend

Goranboyda dəhşətli qəza – İki hərbçimiz vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Tribunainfo.az-a bildirilib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az-ın əldə etdiyi məlumata görə, qəza zamanı həlak olan şəxslərin hər ikisi hərbçi olub. Onlardan biri Müdafiə Nazirliyinin giziri, digəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

Faktla bağlı araşdırmalar davam etdirilir.