Goranboyda bir ev uzaqdan diqqət çəkir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ev sahibi , Qarabağ döyüşçüsüdür. O, həyətinin girişinə Azərbaycan və Türkiyə bayraqlarının təsvirini əks etdirib. 1 aya ərsəyə gələn bu işə 4 min manatdan artıq xərc çəkilib.

 

Bu ev sahibi , Qarabağ döyüşçüsüdür. O, həyətinin girişinə Azərbaycan və Türkiyə bayraqlarının təsvirini əks etdirib. 1 aya ərsəyə gələn bu işə 4 min manatdan artıq xərc çəkilib.

Ev sahibi arzusunu bir aya reallaşdırdı.

O, həyətinin girişinə iri azərbaycan və türkiyə bayraqlarının təsvirini düzəltdirib.

Goranboyun Veysli kəndində yaşayan Kəlbəcər sakini Qurban Ələkbərov 20 ildən artıqdı tənəkə ustası olaraq fəaliyyət göstərir. Maraqlı əl işləri olan gənc usta yaşadıqları kənddə Qarbağ döyüşlərinin iştirakçısının illərdir düşündüyü formada çardaq hazırlayıb. Maraqlı əl işi Azərbaycan və Türkiyə bayraqlarını əks etdirir.

Qurban Ələkbərov 1 ay vaxt sərf etdiyi sənət əsərinin o qədər də asan başa gəlmədiyini deyir. Hündürlükdə yığılan bayraqların uzunluğu 4, eni isə 2 metrə bərabərdir. Usta bayrağın üzərindəki ay-ulduzun da əl işi olduğunu bildirir. Tənəkə ustası öz bacarıqlarını digər həvəskarlara da öyrədir. Kəlbəcər sakinin növbəti maraqlı əl işi, Azərbaycanın xəritəsini hazırlamaq olacaq.

Görənlərin diqqətini çəkən çardağa ev sahibi 4 min manatdan artıq xərc çəkib. Veyisli kəndinin müxtəlif hissələrindən görünən evə maraq böyükdür. Bura gələnlər şəkil,video çəkib paylaşımlar edirlər.