“Google”dan qərar: Bu hesablar silinəcək

“Google”dan qərar: Bu hesablar silinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-nin texnologiya şirkəti “Google”un verdiyi qərar böyük reaksiyaya səbəb olub.

Tribunainfo.az xəbər verir ki, “Google” bu yaxınlarda bir bəyanat yayımlayıb və 1 dekabr 2023-cü ilə qədər heç bir aktivliyi olmayan hesabların tamamilə silinəcəyini açıqlayıb.

Açıqlamada istifadəçilərin 2 il və daha çox müddət ərzində bu hesablara daxil olmamaları və ya heç bir elektron məktubları oxumamaları halında bu hesabların silinəcəyi bildirilib.
Lakin istifadə olunmayan e-poçt hesablarının silinməsi və bir daha geri qaytarılmaması istifadəçilər tərəfindən çox sərt şəkildə tənqid edilib. Bir çox istifadəçi “Google”un göndərdiyi xəbərdarlıq e-poçtunun asanlıqla gözdən qaça biləcəyini və hesablarının bu şəkildə silinməsinin çox yanlış olduğunu bildirib.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, “Google” hesablarını itirmək istəməyən istifadəçilər iki ildən bir öz hesablarına daxil olmalıdırlar.