Google Türkiyənin xəbər saytlarının alqoritmin və girişini əngəlləyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Gazeteduvar” məlumat yayıb.
Şirkətdən açıqlama verilməsə də, jurnalistlər məsələyə reaksiya veriblər.
Artıq bir aya yaxındır ki, Google axtarış sistemi Türkiyədə fəaliyyət göstərən bir çox mətbuat təşkilatının xəbərlərinə girişi əngəlləyib. Türkiyədə “Google News” və “Discover” platformaları vasitəsilə nəşr edən bir çox saytların görüntüsünü aradan qaldıran Google Türkiyə, bəzi xəbər saytlarının yüzdə 80-ə qədər trafik itkisi yaşamasına səbəb olub.
Google Türkiyə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Dəniz Pənahova