“Google” “Play Store”un qaydalarında dəyişiklik edərək bəzi tətbiqetmələrə qadağa qoyub.
Qaynarinfo xəbər verir ki, şirkət kripto valyuta istehsalı ilə əlaqədar, həmçinin azyaşlıları hədəfləyərək qeyri-sağlam məqsədlər daşıyan, partladıcı maddə, silah-sursat satışı həyata keçirən tətbiqetmələri qadağan edib.
Qeyd edək ki, ötən ay “Apple” şirkəti də “App Store”da yer alan kripto valyuta istehsalı ilə əlaqədar tətbiqetmələrə məhdudiyyət barədə qərar qəbul etmişdi.