“Sanatoriya və kurort mərkəzlərinə imtina vermək səbəblərdən biri məlumatların tam yerləşdirilməməsidir”
Tribunainfo.az xəbər verir ki, bu haqda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov deyib.
O açıqlamasında onlayn müraciətlərlə bağlı göndərişlərə hansı səbəbdən imtina cavabı gəlməsi haqda danışıb.
Müşavir bildirib ki, göndərişlərə imtina cavabının verilməsinin əsas səbəbi müraciət edən şəxslərin özləri haqda məlumatları tam və dolğun yerləşdirməmələridir:
”Müraciət olunan göndərişlər nəzərdən keçirilərkən məlumatı tam və düzgün yerləşdirməyən şəxslərə imtina cavabı göndərilir”.