Gömrükdə qanunsuz telefonlar tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ 21043 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

DGK-dan TİA.AZ-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa tavan hissəsindən, günlüyündən və salonundakı geyim əşyalarının arasından gömrük nəzarətindən gizlədilən 4 ədəd “Samsung” markasına aid SM-A320F/DS model, 29 ədəd “BQ” markasına aid STEP model mobil telefonlar, yük yerindən isə 36 ədəd üzərində BQ, 6 ədəd üzərində Samsung Galaxy A3 2017 və 1 ədəd üzərində Samsung Galaxy Grand Prime yazıları olan boş mobil telefon qutuları, 7 ədəd “Samsung” markalı adapter başlığı, 7 ədəd “Samsung” markalı USB kabel, 7 ədəd “Samsung” markalı qulaqcıqlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.