Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Kiriş-Həzrə yolu istiqamətində gedən, içərisində Azərbaycan vətəndaşlarına məxsus mallar olan, Azərbaycan vətəndaşının idarə etdiyi Toyota Rav-4 markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün idarəyə dəvət edilib.

DGK-dan TİA.AZ–a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan “Bimaks” markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 680 ədəd NZ Qold Kompakt və 6000 ədəd “Marlboro” markalı siqaretlər və 20 880 ədəd “Belomorkanal” markalı papiroslar aşkar olunaraq götürülüb.