backend

Gömrükdə erməni malları aşkarlandı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Azərbaycan vətəndaşının adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyat məlumatı daxil olub. 

Bu barədə TİA.AZ-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

BBGİ əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şaqan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxış keçiriblər.

Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiyanın metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistan da istehsal edilib) aşkar edilib. Faktla bağlı araşdırma aparılır.