backend

GÖMRÜK PROSEDURLARINI SADƏLƏŞDİRMƏK LAZIMDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz bayramı ərəfəsində Azərbaycan bu günə qədər görülməyən sayda turist qəbul edəcək.  

Novruz bayramı ərəfəsində Azərbaycan bu günə qədər görülməyən sayda turist qəbul edəcək. 

Əsas da İrandan gələn turistlər çoxluq təşkil edəcək. Artıq İranın bir sıra şəhərləri, o cümlədən Təbriz, Tehran, İsfahandan 40-a yaxın çarter uçuşları nəzərdə tutulub.Azərbaycana gələcək turist sayının rəqəmlə ifadəsinin çətin olduğu deyilsə də, təkcə İrandan təyyarə ilə 10 mindən çox turist gələcəyi proqnozlaşdırılır. 

Bu gün Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli turizm sahəsi ilə bağlı narahat olduğu məqamı da açıqlayıb: “Qarşıdan bayramlar gəlir. Məndə olan məlumata görə, bayram günlərində İrandan 500 avtobus turist gələcək. İran tərəfində 8 saatlıq iş rejimi olduğundan, bu qədər turistin gəlməsi gömrükdə çətinlik yaradacaq. Nədənsə, Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfinin sərhəd-keçid məntəqələrində bu qədər az iş vaxtı müəyyənləşib. Azərbaycan da məcburdur ki, bu vaxta əməl etsin. Belə halda, gəlin təsəvvür edək ki, bayram günlərində o keçid məntəqəsində hansı vəziyyət yaranacaq. 500 avtobusla gələn turistlər günlərlə orada qalacaq. Ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turistlər pis təəssüratla ayrılacaqlar. Ona görə də Azərbaycan hökuməti qonşu dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb, tədbirlər görməlidir”. 

İqtisadçı ekspert Qadir İbrahimli TİA.AZ-a məsələyə münasibətini bildirdi: “Azərbaycan gömrük prosedur qaydalarını bir qədər sadələşdirmək lazımdır ki, turistlər ölkəyə rahat daxil ola bilsinlər. Bildiyimiz kimi, ölkəyə turist axını ölkənin iqtisadi-siyasətinin prioritet istiqamətlərindən biridir. Bunun üçün tursitlərə xüsusi şərait yaratmaq lazımdır ki, ölkə ərazisinə normal şəkildə daxil ola bilsinlər. Gərginlik yaradılacaqsa, bu gömrük qaydalarının bir qədər mürəkkəbliyindən qaynaqlanan bir məsələ olacaq”.

İlahə