Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının tenderinin nəticəsi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, həmin tender ürək əməliyyatları üçün xüsusi tibbi sərf materiallarının satın alınması ilə bağlı olub. Bu məqsədlə 371.972,37 manat pul da ayrılıb.
Ləğvin səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub. Yəni, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələbləri pozulub.