Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİİBNX) Dövlət Göçrük Komitəsinin (DGK) daha bir tenderinin nəticələrini ləğv etməklə bağlı qərar qəbul edib. Tribunainfo.az xəbər verir ki, bu dəfə Dövlət Xidməti DGK Tibbi Xidmət Baş İdarəsinin Mərkəzi Hospitalının müsabiqəsini qanunsuz hesab edib.
Belə ki, Mərkəzi Hospitalın endoskopiya tibbi sərf materiallarının satın alınması ilə bağlı müsabiqə məqbul hesab edilməyib. Nəticədə, DGK-nın 172.625,54 manatlıq alış prosesi dayandırılıb.
Xatırladaq ki, AİİBNX dünən DGK-nın daha bir tenderini də ləğv edib. Tribunainfo.az xəbər verir ki, sözügedən qurumun “AZƏRTERMİNALKOMPLEKS” Birliyinin elan etdiyi müasir tipli sökülüb- yığılan rəf sistemi üzrə elan etdiyi müsabiqəyə icazə verilməyib.