Gömrük Komitəsinin 3 milyonluq tenderi batdıbackend

Gömrük Komitəsinin 3 milyonluq tenderi batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Qospitalının elan etdiyi tenderin nəticələri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin qərarı əsas götürülüb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, DGK Mərkəzi Hospitalı üçün dərman preparatlarını satın almaq istəyib. Bu məqsədlə 3.147.627,34 manat belə ayırıb. Lakin Antinhisar Komitəsi tenderin qanuna uyğun keçmədiyini, “Dövlət Satınalması haqqında” qanunun 36.1.1 maddəsinin tələblərinin pozulduğu barədə qərar qəbul edib. Bu o deməkdir ki, DG-nın tenderində satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Görünür, DGK tenderə özünə yaxın şirkətləri salaraq, kənar MMC-nin iştirakına imkan vermək istəməyib. Lakin bu zaman qanunun tələbi pozaraq, onların sayının üçə çatmasına imkan verməyib. Nəticədə, tenderin nəticəsi ləğv edilib.