Anti-İnhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin balansında olan Mərkəzi Hospitalının daha bir tenderini ləğv edib. Tribunainfo.az xəbər verir ki, dövlət xidməti bu dəfə hospital rəhbərliyinin oftalmoloji tonometr və foropter cihazlarının satın alınmasını yasaqlayıb.
46.354,33 manat dəyərində olan müsabiqənin ləğv edilməsinin səbəbi isə DGK-nın növbəti dəfə qanunun tələblərini pozması olub. Belə ki, komitə hospital üçün avadanlıq və dərman vasitələri almaq istəyərkən, tenderə iştirak edənlərin sayını məhdudlaşdıraraq, 3 nəfərdən az şirkətin arasında keçirilməsinə şərait yaradıb.