Gömrük Komitəsi “Saff group steril”ə cərimə yazdı

Gömrük Komitəsi “Saff group steril”ə cərimə yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Saff group steril” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Baxış iclası martın 19-da keçiriləcək.