“Run Express” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 503-cü (İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.