backend

Gömrük Komitəsi pomidorla bağlı açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiya  Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin-konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib. Ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiya  Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin-konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

TİA.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bu haqda yaydığı xəbərə görə, hazırda Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə  prosesində hər hansı problem yoxdur.

Qeyd edək ki, son 2 gün ərzində şimal sərhədimizdən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

Dövlət Gömrük Komitəsi onu da bildirir ki, iki ölkənin qarşlıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır.