Gömrük Komitəsi “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoruna protokol yazdı

Gömrük Komitəsi “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoruna protokol yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gömrük Komitəsi “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edib.
Tribunainfo.az  bildirir ki, Pravda.az-ın xəbərinə görə, Komitə şirkətlə bağlı protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.