“Farcon” Qapalı Səhmdar Cəmiyyətinə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Hüquqi təmsilçisi Asiman Sadıqov Vidadi oğlu olan QSC-nin “Azərenerji”nin prezidenti Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir.