Gömrük Komitəsi 171 minə “Pickup” alır

Gömrük Komitəsi 171 minə “Pickup” alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) yeni satınalma müqaviləsi bağlayıb. Tribunainfo.az xəbər verir ki, həmin müqaviləyə əsasən Komitə yüngül yük maşınları və ya idman avtomobillərinin (pikap tipli avtomobillər) satın alınmasını həyata keçirəcək.
Bildirək ki, DGK bu maşınları “İDEAL MOTORS” MMC-dən əldə edəcək və satınalma müqaviləsi də onlarla bağlanıb. Müqavilənin dəyəri isə 171.200 manatdır.
E-tender.az saytında yerləşdirilmiş məlumatlara əsasən DGK bu avtomobillərdən 4 ədəd əldə etmək üçün müqavilə imzalayıb. Həmin maşınlar isə motorlarının həcmi 2-3 litr olan, buraxılış ili isə 2023-2024-cü ili əhatə edən olmalıdır.
Bununla bağlı apardığımız araşdırma zamanı belə məlum olub ki, hazırda Azərbaycan avtomobil bazarında yeni “Pickap” tipli avtomobillərin qiyməti 34 min dollardan başlayır. Yalnız DGK-nın müəyyə etdiyi parametlərinə uyğun olmayan “Pickap” tipli ucuz avtomobil isə motior gücü 1600 kub metr olan “Changan” şirkətinə məxsusdur ki, onun da qiyməti 42 min manatdır.
Məlumatlardan belə anlaşılır ki, DGK ikinci əl avtomobil almaq fikrindədir. Çünki mövcud məbləğ yalnız ikinci əl avtomobillər üçün nəinki yetərli, hətta çoxdur. Çünki “Pickup” tipli ikinci əl avtomobillərin qiyməti 27 min manatdan başlayır və ən bahalısı isə 32 min manat təşkil edir.