Gömrük keyfiyyətsiz yağların ölkəyə gətirilməsinə razılıq verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər kərə yağının qiymətinin kəskin bahalaşması gündəmin əsas mövzularındandır. 
 

Son günlər kərə yağının qiymətinin kəskin bahalaşması gündəmin əsas mövzularındandır. Mağazalarda böyük çeşiddə yaşlar və spredlər satılsa da, bunların bir hissəsi keyfiyyətsiz və açıq-aşkar saxlataşdırılmış məhsullardır. Halbuki, əsl keyfiyyətli məhsulun qiymətinə satılır.

“Bu gün ölkədə satılan kərə yağının 40%-i keyfiyyət standartlarına cavab vermir və sağlamlıq üçün təhlükəlidir”, – bu sözləri Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, sahibkarların fəaliyyətinin yoxlanılmasına qadağa qoyulandan sonra dövlət strukturları malların keyfiyyətinə dair AİB-in məlumatlarına diqqət yetirmir və faktlarla bağlı yoxlamalar aparılmır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayevin sözlərinə görə, bu qurum da yalnız o zaman yoxlama işlərini aparır ki, vətəndaşların sağlamlığına təhlükə yaransın.

E.Hüseynovun sözlərinə görə, gömrükdə aparılan yoxlamalar çox aşağı səviyyədə və səthi aparılır və buna misal kimi Ukraynadan gətirilmiş toyuqlarla bağlı hadisəni xatırlayır: “Gömrükdə yoxlama diqqətlə aparılsaydı, bu toyuqlar Azərbaycana necə daxil ola bilərdi?”

Bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovun məsələyə münasibətini öyrənə bilmədik, zənglərimizə cavab verilmədi.