backend

Gömrük işçiləri sahibkarı necə soydu? -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonu Nəsimi kənd sakini Alışov Cabir Rusiya Federasiyasından vətənə gələrkən Samur Gömrük keçid məntəqəsində başanı gətitrilən hadisə ilə bağlı Azadliq.info-ya danışıb.  

Biləsuvar rayonu Nəsimi kənd sakini Alışov Cabir Rusiya Federasiyasından vətənə gələrkən Samur Gömrük keçid məntəqəsində başanı gətitrilən hadisə ilə bağlı Azadliq.info-ya danışıb. 

2005-ci ildən Dağıstanda tikinti biznesi ilə məşğul olan Cabir Alışov prezidentin iş adamlarına çağırışından sonra ruhlanaraq illərlə qazandığı pulu Azərbaycana gətirib istehsalla məşğul olmaq fikrinə düşüb.

Azərbaycan  Resbublikasına daxil olarkən kömrük keçid məntəqəsində üzərində olan 88 min ABŞ dollarını gömrük işçilərinə təqdim edib. Ona 28 min ABŞ dolları olan qəbz təqdim edilib. Cabir Alışov həmin sənədi imzalamaqdan imtina edib. Pullar isə gömrük işçilərində qalıb. Bundan sonra məlum olub ki, ona Gömrük Komitəsinin İstintaq idarəsində cinayət işi açılıb. Amma əlində olan səs yazısını təqdim edəndən sonra bəyənnaməni düzgün təqdim etməməyi əsas gətirərək 88 min ABŞ dolları məbləğində pulunu və sənədlərini bu günə kimi özünə qaytarmırlar.

Cabir Alışov hazırda 3 azyaşlı övladının Mahaçqala şəhərində qaldığını bildirir. Həm işindən, həm ailəsindən kənar qalıb. Azərbaycanda qaldığı hər saniyə üçün  peşimançılıq çəkdiyini bildirən vətəndaş: “Belə hadisələri eşidən kim ölkəyə pul gətirmək istəyər?”,- deyir.

Sonda Cabir Alışov ona  qarşı haqsızlığın aradan qaldırılması  üçün prezidentə müraciət edərək, pulunun geri qaytarılması üçün aidiyyatı qurumlara göstəriş verilməsini xahiş edir.