Gömrük Hospitalında yeni təyinatlar – iki qurumun rəhbəri dəyişdi

Gömrük Hospitalında yeni təyinatlar – iki qurumun rəhbəri dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Gömrük Hospitalında yeni təyinatlar olub. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov orada yeni vəzifəyə təyinat alıb.

TİA.AZ Modern.az-a istinadən xəbər verir ki, R. Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin olunub.

R. Mahmudov faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Tanınmış transplantoloq Mircəlal Kazimi isə Mərkəzi Gömrük Hospitalında, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri təyin edilib.

Az.news.az-ın xəbərinə görə, M. Kazımi Mərkəzi Neftçilər Xəstəxanasından ayrılıb.