Çanaqqalanın Ezine rayonunda ilin müəyyən vaxtlarında çəhrayı rəng alan və ürək forması ilə diqqət çəkən gölə pilotsuz təyyarə ilə havadan baxılıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Dalyan kəndində yerləşən, İskəndəriyyə Troas antik şəhəri dövründə daxili liman kimi istifadə edilən ürək formalı göl, dünyada 8 çəhrayı göldən biri olaraq göstərilir.
Yalnız ilin müəyyən dövrlərində çəhrayıya çevrilən və sosial mediada yayılan fotolarla məşhurlaşan göl turistlərin tez-tez ziyarət etdiyi məkandır.