Göldə balıq tutarkən görün nə tapdılarbackend

Göldə balıq tutarkən görün nə tapdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda bir göldə balıq tutmağa gedən iki nəfər maqnit çubuqlarının ucunda bir şeyin ilişib qaldığını görəndə həyatlarının şokunu yaşadılar.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, cütlük göldən balıq tuta bilməsə də, içərisində 100 min dollar olan seyf tapıblar.

Ceyms Keyn və Barbi Aqostini Kuinsdəki Meadows Corona Parkında gölə ucu maqnitlə bağlanmış kəndir atıblar.

İkili kəndirin ucundakı seyfi açıb və onun xarab olmuş 100 dollarlıq əskinaslarla dolu olduğunu görüblər.

Onlar bildiriblər ki, polis onlara pulun heç bir cinayətlə əlaqəsi olmadığını deyib və saxlamağa icazə verib.